ÜST risk qrupuna daxil olmayanların üçüncü doza peyvənd vurdurmalarını tövsiyə etmir
16.09.2021 16:23

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə olan peyvəndlərin qoruyuculuğunun istifadədən bir müddət sonra azaldığı məlumdur. Ona görə də bir qrup vətəndaşa üçüncü doza peyvənd vurulması məsləhətdir. Ümumdünya Səhiyyə Təşkilatı bəzi səbəbləri nəzərə alaraq koronavirusa yoluxmada risk qrupu daşımayan vətəndaşların vaksinasiyanın üçüncü mərhələsində iştirakını tövsiyə etmir.

 

Aztibb.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

 

Risk qrupuna daxil olmayanlara üçüncü doza peyvəndləmənin tövsiyə edilməməsinin səbəblərindən danışan ÜST nümayəndəsi bildirib ki, bir sıra ölkələrdə koronavirus əleyhinə peyvəndləmə göstəricisinin 1 faizdən də aşağı olması başlıca səbəblərdəndir: “Həmin ölkələrdə hətta səhiyyə işçiləri, yaşı 65-dən çox olanlar belə peyvənd vurdurmayıblar. Yəni, bir sıra ölkələr ehtiyac olduğu halda belə vaksinasiyada iştirak edə bilmirlər. Ona görə də ÜST yüksək risk qrupuna aid olmayanların üçüncü doza vaksin vurdurmasını tövsiyə etmir. Bu, həmçinin etik hesab olunmur. İstifadədən bir müddət sonra vaksinlərin effektivliyinin azaldığı müşahidə edildiyi üçün risk qrupunda olan səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərin vaksinasiyanın üçüncü mərhələsində iştirak edərək qüvvətləndirici doza qəbul etmələri məsləhətdir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır