Səyyad Əlizadə komaya düşdü
16.09.2021 15:30

Müğənni Səyyad Əlizadə komaya düşüb.

 

Bu barədə ifaçının kürəkəni məlumat verib.

 

O, bildirib ki, süni nəfəs aparatına qoşulan S.Əlizadə komadadır.

 

Qeyd edək ki, Səyyad Əlizadə bir neçə gün öncə koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.