Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və AQTA əməkdaşlığa başlayır
15.09.2021 15:36

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) baş direktoru, akademik İradə Hüseynova Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzinin müdiri Xalid Bayramlı ilə görüşüb.

 

Aztibb.az xəbər verir ki, akademik İradə Hüseynova qonaqlara Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bitki xəstəlikləri üzrə aparılan elmi-tədqiqat işləri, müvafiq laboratoriyalarda yaradılmış şərait və müasir tələblərə cavab verən maddi-texniki baza, eləcə də beynəlxalq mərkəzlərlə əməkdaşlıq əlaqələri barədə geniş məlumat verib. O, institutun təcrübəli kadr potensialından danışaraq qonaqları aparıcı mütəxəssislərlə tanış edib.

 

Zəkiyyə Mustafayeva bitki sağlamlığı sahəsində birgə elmi araşdırmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. AQTA-nın sədr müavini, həmçinin bu sahədə təcrübə mübadiləsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini, elmi-nəzəri tədqiqatlarda və agentliyin laboratoriyaları üçün kadr hazırlığında AMEA-nın dəstəyinə ümid bəslədiklərini bildirib. O, akademik İradə Hüseynovanı mütəxəssislərlə birgə AQTA-ya dəvət edib.

 

Sonra Xalid Bayramlı həyata keçiriləcək birgə fəaliyyətlərlə əlaqədar təkliflər haqqında məlumat verib.

 

Görüşdə bitki karantin xəstəliklərinin effektiv identifikasiyası, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı problemlər, mütəxəssislər arasında daimi dialoqun təmin olunması və ortaq maraq doğuran digər məsələlər müzakirə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb