Bu mərkəz xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət edir
15.09.2021 10:49

Gənclər üçün Təhsil Mərkəzi (GTM) İctimai Birliyinin Ağcabədi rayonunda fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün həftədə 2-3 dəfə olmaqla, fərdi və qrup məşğələləri təşkil edir, sosial-pedaqoji, sosial-psixoloji reabilitasiya, eləcə də onların valideynlərinə zəruri məsləhət və dəstək xidmətləri göstərir.

 

Aztibb.az xəbər verir ki, İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzindən bildirilib ki, rayonda bu xidmətlərə böyük ehtiyac var, çünki əksər valideynlər özəl mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödəniş etmək imkanında deyil. 2013-cü ildə GTM Qarabağ ofisi nəzdində yaradılmış İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi 2018-ci ildən etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF-in Azərbayan ofisi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərir. Layihə çərçivəsində əlavə olaraq iki mərkəz yaradılıb: “İnkişaf geriliyi və əlilliyi olan uşaqlar üçün inklüziv strategiya əsaslı sosial xidmətlər mərkəzi” və “Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial xidmətlər mərkəzi”. Hər iki mərkəzdə 2 uşaq inkişafı mütəxəssisi, 2 pedaqoq, 1 hüquqşünas, 3 sosial işçi, 1 psixoloq çalışır.

 

Yerli dövlət qurumlarından, icmalardan, ailələrdən alınan göndərişlər vasitəsilə əlilliyi olan 220uşaq reabilitasiya proqramına cəlb edilib. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar bütün xidmətlər elektronlaşdırılıb, reabilitasiya proqramları pandemiya qaydalarına uyğun davam etdirilir.

 

Mərkəz tərəfindən mütəmadi olaraq həftə sonlarında uşaqların sosiallaşması, cəmiyyətə adaptasiyası, əməkdaşlıq, dost seçmə, qrupda çalışmaq kimi müxtəlif bacarıqların formalaşması məqsədilə ekskursiyalar, qrup terapiyaları təşkil edilir. Növbəti dəfə Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qarabağ Atçılıq Kompleksində İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ippoterapiya həyata keçirilib.

 

İppoterapiya at üzərində müxtəlif hərəkətlər vasitəsilə bədən əzələlərinin hərəkət etməsinə kömək edən bir müalicə üsuludur. Məqsəd uşaqların arzularını həyata keçirmək və onları sevindirmək, bu kateqoriyadan olan şəxslərin bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedoqoji reabilitasiyasına, onların ailələrinə dəstək göstərməkdir.

 

Tədbirin sonunda layihə iştirakçıları üçün GTM Qarabağ ofisi və “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti” tərəfindən nahar süfrəsi açılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır