Antisanitar şəraitdə fəaliyyət göstərən süd istehsalı müəssisəsi aşkar edilib - Foto
15.09.2021 09:44

Beyləqanda antisanitar şəraitdə fəaliyyət göstərən süd istehsalı müəssisəsi aşkar edilib. AQTA əməkdaşlarının məntəqəyə baxışı zamanı normativ tələblərin pozulduğu müəyyən edilib.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Ucar regional bölməsi tərəfindən Beyləqanda keçirilən reyd zamanı sanitar tələblərin pozulduğu süd istehsalı müəssisəsi aşkar olunub.

 

AQTA Ucar regional bölməsinin Qida Təhlükəsizlik Sektorunun məsləhətçisi Heydər Heydərov bildirib ki, rayonun Dünyamalılar kəndi ərazisində fəaliyyət göstərən Həsən Məmmədova məxsus obyektə baxış keçirilən zaman antisanitar şəraitdə istehsal prosesi aparıldığı, həmçinin müəssisə daxilindəki avadanlıqlarının normalara uyğun olmadığı müəyyən edilib. Agentlik əməkdaşları tərəfindən üzə çıxan nöqsanlar barədə sahibkar məlumatlandırılıb və həmin çatışmazlıqların aradan qaldırılması istiqamətində tapşırıqlar verildikdən sonra müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır