Azərbaycanda peyvənd olunan alimlərin sayı açıqlanıb
14.09.2021 19:03

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) əməkdaşlarının vaksinasiya olunmasına nəzarət üçün COVID-19 pasportları yoxlanılır.

 

Aztibb.az xəbər verir ki, artıq AMEA əməkdaşlarının böyük əksəriyyəti vaksinasiyadan keçib.

 

Belə ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə ümumilikdə 1341 nəfər, Kimya Elmləri Bölməsi 1057 nəfər, Yer Elmləri Bölməsi üzrə 717 nəfər, Biologiya və Tibb Elmləri Bölməsi üzrə 1273 nəfər, Humanitar Elmlər Bölməsi üzrə 704 nəfər, İctimai Elmlər Bölməsi üzrə isə 840 nəfər COVID-19 əleyhinə 1-ci və ya hər iki doza vaksin olunub, immunitet sertifikatını əldə edib.

 

Bununla yanaşı, AMEA Rəyasət Heyəti aparatında 243 nəfər, Rəyasət Heyətinin nəzdindəki təşkilatlar – Yüksək Texnologiyalar Parkında 31 nəfər, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində 72 nəfər, Mərkəzi Elmi Kitabxanada 188 nəfər, “Elm” Nəşriyyatında 28 nəfər, Təbiət Tarixi Muzeyində 18 nəfər, o cümlədən Azad Həmkarlar İttifaqında 9 nəfər koronavirus əleyhinə peyvənd olunub.

 

AMEA-nın Naxçıvan Bölməsində 215, Gəncə Bölməsində 160, regional elmi mərkəzlər üzrə – Şəki Regional Elmi Mərkəzdə 91, Lənkəran Regional Elmi Mərkəzdə 34 nəfər vaksinasiyadan keçib və ya immunitet sertifikatını alıb.

 

"AMEA-da əməkdaşlar arasında şəxsi gigiyena qaydalarına riayət etmək, sosial məsafəni gözləmək və tibbi maskadan istifadə etmək barədə maarifləndirmə işləri aparılır. Bununla yanaşı, AMEA-ya gələn qonaqların da COVID-19 pasportlarının olmasına nəzarət edilir.

 

Həmçinin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiya işləri də həyata keçirilir", - AMEA-dan bildirilib.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi son dəyişikliyə əsasən, sentyabr ayının 1-dən dövlət qurumlarının əməkdaşlarının azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib