Yaqub Zurufçu koronavirusdan vəfat etdi
14.09.2021 18:53

Koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçu vəfat edib.

 

Bu barədə "Yeni Klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verib.

 

O, sənətçinin bir saat əvvəl vəfat etdiyini deyib.

 

Qeyd edək ki, koronavirusa yoluxan Əməkdar artist bir müddət əvvəl "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

 

Xatırladaq ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub.

 

Allah rəhmət eləsin!