Böyük Britaniyada Pandemiya İnstitutu yaradılıb  
14.09.2021 15:12

Böyük Britaniyada gələcəkdə heyvanlardan insanlara keçə biləcək xəstəlikləri araşdırmaq və vaxt itirmədən həmin virusa qarşı peyvənd hazırlamaq üçün Pandemiya İnstitutu yaradılıb.

 

Aztibb.az news.liverpool.ac.uk-ya istinadən xəbər verir ki, Liverpul şəhərində fəaliyyət göstərəcək institut İnnova əczaçılıq şirkəti tərəfindən yaradılıb.

 

İnstitutun direktoru, professor Metyu Baylis dünyanın ən böyük məlumat bazasına sahib olduqlarını və bu məlumatlardan növbəti koronavirusun hansı heyvanlar vasitəsilə ortaya çıxa biləcəyi haqqında proqnozları vermək üçün istifadə edəcəklərini bildirib.

 

O, qarşılarındakı vəzifənin çox böyük olduğunu söyləyib, çünki 1500 növ yarasa var və hansı heyvan növlərinin daha yaxından araşdırılmalı olduğunu 10 il içərisində öyrənə biləcəklərini deyib.

 

İnstitut tərəfindən yaradılacaq yeni peyvəndlər könüllülər üzərində sınaqdan keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib