"Tibbi kosmetologiya" ixtisası üzrə kurs təşkil ediləcək
14.09.2021 14:46
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Rusiya Diplomdansonrakı Tibb Akademiyası ilə birgə 15 sentyabr 2021-ci il 14 mart 2022-ci il tarixlərdə Respublika Diaqnostika Mərkəzinin bazasında ilk dəfə olaraq "Tibbi kosmetologiya" ixtisası üzrə 6 aylıq ödənişli əsaslarla "Tibbi kosmetologiya" mövzusunda yenidən hazırlıq kursları keçirəcəkdir. Kursa bu sahədə çalışan həkimlər qəbul olunur.
 
Aztibb.az xəbər verir ki, kursun məqsədi "Tibbi kosmetologiya" ixtisası üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik, bacarıq və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunmasıdır. Kurs müddətində qeyri-invaziv və invaziv , həmçinin apparat metodlarından istifadə edərək müalicə prosedurlarının aparılması, dırnaq lövhələrinin işlənilməsi prosedurunun yerinə yetirilməsi, destruksiyaların aparılması (elektro-, lazer, radiodalğalı koaqulyasiya, kriodestruksiya) və dəridə yenitörəmələrin müxaniki götürülməsi bacarıqları mənimsəniləcəkdir.
 
Kursu müvəffəqiyyətlə bitirmiş şəxslərə ilk dəfə olaraq ixtisasa buraxılışı təsdiqləyən müvafiq dövlət sənədi təqdim olunacaqdır.
 
Kursa qəbul olunmaq üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Tədris hissəsinə müraciət etmək lazımdır.
 
Ünvan: 20 yanvar dairəsi, Müzəffər Həsənov 35 (Azərsu ASC ilə üzbəüz)
 
Əlaqə nömrəsi: Tədris Hissəsi 012-565-04-28, Mob: 050-407-22-07
 
Kursa qəbul olunmaq üçün aşağıdakı sənədlər tələb olunur:
 
1. Diplom (əsli və surəti)
2. İnternatura (əsli və surəti)
3. Əmək kitabçası (əsli və surəti)
4. Şəxsiyyət vəsiqəsi (əsli və surəti)
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb