Müəllim və tələbələrə vaksinasiya ilə bağlı güzəşt ola bilər - RƏSMİ
14.09.2021 12:49

Təhsil Nazirliyi təhsil işçilərinin oktyabrın 1-dən yox, bütün ay ərzində hər iki peyvəndin dozasını qəbul edə bilməsi təklifini verib.

 

Aztibb.az-ın məlumatına görə, bunu bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.

 

O, qeyd edib ki, təhsil işçilərinin 84 faizinin vaksinasiyası yekunlaşıb. Vaksinasiya prosesini sürətləndirmək üçün 5 vaksinasiya məntəqəsi yaradılıb: “Təhsil işçiləri rahat şəkildə gəlib burada vaksin vurdura bilərlər.

 

Hesab edirik ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək ki, ay ərzində koronavirus əleyhinə vaksinin hər iki dozasını qəbul edə bilsinlər. Hazırda bu istiqamətdə müzakirələr davam edir. Daha dəqiq məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq".

 

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

 

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib