ÜST-ün Avropa üzrə Regional Komitəsinin 71-ci sessiyası öz işinə başlayıb
13.09.2021 21:20

Sentyarın 13-də ÜST-ün Avropa üzrə Regional Komitəsinin 71-ci sessiyası öz işinə başlayıb. Virtual keçirilən görüşlərdə Azərbaycan da daxil olmaqla, 53 ölkənin nümayəndəsi və səhiyyə naziri, tərəfdaş təşkilatlar və vətəndaş cəmiyyətinin üzvləri iştirak edir.

Aztibb.az xəbər verir ki, builki Komitənin gündəliyi səhiyyə ilə bağlı bir çox məsələni əhatə edir:

- COVID-19-dan öyrənilən dərslər: növbəti pandemiyaya hazırlıq;
- Sağlamlıq və Davamlı İnkişaf üzrə Pan-Avropa Komissiyası: nəticələrin təqdimatı və tövsiyələr;
- İlkin Səhiyyə Xidmətləri: Səhiyyə sistemlərinin yenidən orientasiyası üçün imkanların nəzərə alınması, ilkin səhiyyə xidmətlərinin yenidən qurulması və səhiyyə üzrə prioritetlərin yenidən müəyyənləşdirilməsi;

- Avropa İş Proqramı (AİP): monitorqin aparılması, AİP-in iki prioritetinə baxış (psixi sağlamlıq və immunizasiya)
- Ölkə səviyyəsində təsirini artırmaq üçün ÜST-ü siyasi, texniki və maliyyə cəhətdən gücləndirmək;
- ÜST-ün büdcəsi və davamlı maliyyələşdirmə;
- Akkreditasiya və qeyri-dövlət aktorlar.

 

Qeyd edək ki, sessiya sentyabrın 15-də başa çatacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb