Azərbaycan və Türkiyə qarşılıqlı olaraq təlimdəki xüsusi təyinatlıları ödənişsiz tibbi xidmətlərlə təmin edəcək
13.09.2021 16:39

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimi ÜST tərəfindən təsdiq edilən infeksion xəstəlik hallarında təxirə salınacaq və ya ləğv ediləcək.

 

Aztibb.az-ın məlumatına görə, bu, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

 

Memoranduma əsasən, göndərən ölkənin heyəti əvvəlcədən müəyyən edilmiş yerdəyişmə müddəti üçün kifayət edəcək miqdarda dərmanla və ləvazimatla yola düşəcək.

 

Ev sahibi ölkə təcili tibbi xidmətləri və təcili təxliyə xidmətlərini göndərən ölkənin heyətinə ödənişsiz olaraq təmin edəcək. Göndərən ölkənin heyətinin sığorta haqları müalicə xidməti xərcləri göndərən ölkə və ya göndərən ölkənin heyətinin özü tərəfindən ödəniləcək.

 

Ev sahibi ölkə yaralanma və ya ölüm halında göndərən ölkəni məlumatlandıracaq. Ölüm halında ev sahibi ölkə göndərən ölkənin siyasətinə riayət edilməsini təmin etmək üçün prosedurlardan və ya yarılmadan əvvəl göndərən ölkə ilə koordinasiya edəcək. Göndərən ölkənin bir təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştirak etmə və yekun yarılma raportunun bir nüsxəsini əldə etmə səlahiyyətinə malikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır