COVID-19 pasportu necə yoxlanıla bilər?  
13.09.2021 12:02

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi COVID-19 vaksin və ya immunitet sertifikatının “CheckApp” mobil tətbiqi vasitəsilə çevik şəkildə yoxlanılması üçün tövsiyələr hazırlayıb.

 

Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarının 2.5-5.3-cü yarımbəndinə əsasən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 vaksin və ya immunitet sertifikatı olduğu halda istifadə edə bilərlər.

 

Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 vaksin və ya immunitet sertifikatının yoxlanılması məqsədilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “CheckApp” mobil tətbiqi istifadəyə verilib.

 

Tətbiq üzərindən vətəndaşın COVID-19 vaksin və ya immunitet sertifikatı aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanılır:

 

1. Vətəndaşın COVID-19 vaksin və ya immunitet sertifikatının QR kodunu oxutmaqla;

2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;

3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;

4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.

 

Qeyd edək ki, COVID-19 vaksin və ya immunitet sertifikatının QR kod üsulu ilə yoxlanılması digərləri ilə müqayisədə ən çevik metod hesab olunur.

 

Vətəndaşlar qeyd olunan obyektlərə öz COVID-19 vaksin və ya immunitet sertifikatlarındakı QR kodu təqdim edərək daxil olmaqla zamanlarına qənaət edə bilərlər. Bu həm də qeyd olunan obyektlərdə növbələrin yaranmasının da qarşısını almış olur. Vətəndaşlardan COVID-19 vaksin və ya immunitet sertifikatının ən yeni versiyasını “myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də “e-TƏBİB” mobil tətbiqi və ya its.gov.az portalı üzərindən yükləmələri xahiş olunur.

 

Həmçinin “CheckApp” mobil tətbiqi vasitəsilə xarici vətəndaşların da COVID-19 pasportlarını yoxlamaq mümkündür. Yoxlamanı xarici vətəndaşın pasportu və doğum ili vasitəsilə həyata keçirmək mümkündür.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır