Dezinfeksiyaedici məhlullardan normadan artıq istifadə dəriyə zərərli təsir göstərə bilər
13.09.2021 11:42

Müxtəlif viruslar, mikrob və bakteriyalar əllərlə toxunulan əşyalar vasitəsilə orqanizmə daxil olur. Ona görə də, gün ərzində mütəmadi şəkildə spirt və gel kimi dezinfeksiyaedici məhlullardan istifadə edilir. Lakin onların da yan təsirləri var və həmin təsirlərin əsas hədəfi isə dəridir.

 

Dezinfeksiyaedici məhlulların tərkibində müəyyən miqdarda spirt və kimyəvi maddələr mövcuddur. Həmin məhlullardan normadan artıq istifadə dərinin qoruyucu qat funksiyasının zəifləməsinə, qızarmasına, quruyub soyulmasına gətirib çıxara bilər.

 

Aztibb.az xəbər verir ki, həkim-dermatoloq Elnur Nəzərov deyib: “Xroniki dəri xəstəliyi, məsələn, əllərində ekzema, hər hansı allergik-xronik xəstəliyi, allergik-kontakt dermatiti olanlar, yuyucu vasitələrdən istifadə edən qadınlar əllərində baş verən qaşınma, qabıqlanma və qızartı zamanı dezinfeksiyaedici vasitələrdən istifadə edərkən daha çox fəsadlarla üzləşirlər”.

 

Gündəlik istifadə edilən tibbi maskalar da dəri ilə birbaşa təmasda olduğuna görə bir sıra problemlər yarada bilər. Xüsusilə yazılı və naxışlı, eləcə də kimyəvi üsulla boyanmış maskaların taxılması tövsiyə olunmur.

 

“Üzündə hər hansı xroniki xəstəlik - seboreya, dermatit və s. olanların tərkibi yalnız pambıqdan ibarət olan maskalardan istifadə etməsi məsləhətdir. Həmin maskalar birdəfəlik olmaya da bilər. Onları yuyandan sonra təkrar istifadə etmək də olar”, - deyə həkim-dermatoloq bildirib.

 

Həkimlər havaların isti keçdiyi mövsümdə dəriyə qulluğun vacib olduğunu söyləyirlər. Bunun üçün dəri tipinə uyğun kremlər seçilməlidir. Dəri xəstəliyi olanlar isə həkimlə məsləhətləşəndən sonra qoruyucu vasitələrdən istifadə edə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib