Koronavirusun ağ ciyər xərçənginə bənzər xüsusiyyətləri aşkarlanıb  
13.09.2021 09:57

Türkiyənin Kastamonu vilayətində COVID-19-a yoluxan 52 yaşlı xəstədə koronavirusun ağ ciyər xərçənginə bənzər xüsusiyyətləri aşkarlanıb.

 

Aztibb.az www.medimagazin.com.tr-yə istinadən xəbər verir ki, döş qəfəsində ağrı şikayəti ilə xəstəxanaya müraciət edən bu şəxsin təhlil nəticələrində ağ ciyərinin sağ hissəsində diametri 4 santimetr olan şiş müəyyən edilib və xəstəyə xərçəng diaqnozu qoyularaq əməliyyata alınması məsləhət görülüb. Əməliyyatdan qabaq COVID-19 testi pozitiv çıxan xəstəyə ediləcək tibbi müdaxilə təxirə salınıb. On dörd günlük karantin müddətindən sonra COVID-19 testi neqativ nəticə verən bu şəxsin müayinələri zamanı ağ ciyərindəki şişin yox olduğu görülüb.

 

Bununla bağlı mediaya açıqlama verən Sütçü İmam Universiteti Sağlamlıq Tətbiqi və Araşdırma Xəstəxanasının əməkdaşı, Dr. Fatoş Kozanlı baş verən bu hadisənin dünyada bir yenilik olduğunu, xərçəngdən irəli gələn şişin yox olma ehtimalının olmadığını, beləliklə, COVID-19-da xərçəngə bənzər xüsusiyyətin aşkarlandığını bildiriblər.

 

Hazırda nəzarətdə saxlanılan bu şəxsin vəziyyəti qənaətbəxşdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır