2 və 3 yaşlı bacı-qardaş xəstəxanaya çatdırılarkən öldü
12.09.2021 16:38

2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı, 2019-cu il təvəllüdlü Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb.

 

Aztibb.az xəbər verir ki, rayonun Karayeli qəsəbəsinin sakinləri xəstəxanaya çatdırılsalar da, azyaşlıların həyatını xilas etmək mümkün olmayıb. 3 yaşlı Əfqan yolda ikən dünyasını dəyişib.

 

İlkin ehtimala görə, onlar zəhərləniblər.

 

Faktla bağlı araşdırma aparılır.