713 monitorinq keçirilib, 12 müəssisədə pozuntular aşkar olunub - AQTA
12.09.2021 12:01
AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində reydləri davam etdirir.
 
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 10-da ölkə üzrə 419 ictimai iaşə obyektində 713 monitorinq keçirilib. Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
 
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Milli Hematologiya və Transfuziologiya Mərkəzində elmi seminar: “Hemolitik-uremik sindrom” 
Beyləqan RMX-da təcili hallarda ilkin yardım və CPR qaydaları üzrə təlim keçirilib