Bu gün Ümumdünya İlk Tibbi Yardım Günüdür
11.09.2021 10:50

2000-ci ildən etibarən hər il sentyabr ayının ikinci şənbəsi Ümumdünya İlk Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur. Həmin tarix Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrinin təşəbbüsü ilə təsis edilib. Günün əsas məqsədi bədbəxt hadisələr zamanı insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərin necə yardım göstərməsini öyrətməkdir.

 

Aztibb.az xəbər verir ki, ilkin tibbi yardımın məqsədi zərərçəkənin həyatını xilas etməklə yanaşı, sadə tibbi tədbirlər görməklə onun ağrılarını azaltmaq və mümkün ağırlaşmalar barədə xəbərdarlıq etməkdir. Əlbəttə ki, bu sahədə tibb işçiləri yardım göstərirlər, lakin polis əməkdaşları və xilasedicilər də onlara kömək etməlidirlər.

 

Həyat göstərir ki, təcili tibbi yardıma əksər hallarda qəflətən ehtiyac yaranır. Bəzən vaxt qıtlığı səbəbindən bu yardımın tibbi təhsili olmayanlar tərəfindən yerinə yetirilməsi lazım gəlir. Ona görə də vaxtın hər anının dəyərli olduğu məqamlarda tez və qətiyyətli hərəkət etmək lazımdır.

 

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən hər il dünyada baş verən yol qəzaları, yanıqlar, hündürlükdən düşmələr, boğulma kimi hadisələrin 10 faizi ölüm, 15 faizi isə əlilliklə nəticələnir. Həmin hadisələr zamanı dünyasını dəyişənlərin əksəriyyətini 15-45 yaş arasında olanlar təşkil edir.

 

Dünyada ilkin tibbi yardım xidməti hələ XIX əsrin sonlarında yaranıb. Azərbaycanda isə bu xidmətin əsası 1922-ci ildə qoyulub.

 

Ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanılıb. Xüsusilə də son illər təcili tibbi yardım avtomobilləri parkı yenilənir, müasir tibbi avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri əhaliyə xidmət üçün növbəyə buraxılır. Eyni zamanda, dərman təchizatı da ildən-ilə yaxşılaşdırılır, çeşid genişləndirilir, tibbi heyət müasir uniforma ilə təchiz edilir, həkim və orta tibb işçilərinin peşəkarlığı daha da artırılır. 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib