Akademik İradə Hüseynova professor Əziz Səncərə təbrik məktubu ünvanlayıb
11.09.2021 08:36
8 sentyabr 2021-ci ildə biokimya və molekulyar biologiya sahəsində görkəmli türk alimi Əziz Səncərin 75 yaşı tamam olub.
Bütün türk dünyasının fəxri olan Əziz Səncər 2015-ci ildə Amerikalı Pol Modriç və İsveçli Tomas Lindal ilə birlikdə kimya üzrə Nobel mükafatına layiq görülüb.
2017-ci ildə Azərbaycanda səfərdə olarkən: "Türk dünyasının birliyini görmək istəyirəm. Bu uşaqlığımdan bəri mənim arzum olub" fikirlərini səsləndirən Əziz Səncər Azərbaycanın 44 günlük Vətən müharibəsini yaxından izləyib, dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verib. O, ermənilərin Gəncəyə raket atması nəticəsində hər iki valideyinini itirən körpə Xədicənin gələcək təhsili üçün bank hesabına böyük miqdarda pul köçürüb.
10 sentyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bütün Türk dünyasının fəxri olan professor Əziz Səncərə şərəfli 75 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. O, öz məktubunda elmin ən müasir istiqamətləri üzrə Azərbaycanla əməkdaşlığa, milli kadr hazırlığına, o cümlədən hazırda ABŞ-da doktorantura təhsili alan azərbaycanlı gənc tədqiqatçı Xaqani Eynullazadəyə göstərdiyi diqqətə və etdiyi köməkliklərə görə, ən taleyüklü məsələlərdə, o cümlədən 44 günlük Vətən müharibəsində xalqımızın haqq işinə verdiyi dəstəyə görə dünya şöhrətli alimə səmimi təşəkkürlərini çatdırıb.
Akademik İradə Hüseynova qeyd edib ki, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi professor Əziz Səncərlə əməkdaşlığa hər zaman böyük önəm verib. O, molekulyar biologiya, biokimya və s. kimi müasir elm sahələrində milli alim kadrların hazırlığında bundan sonra da Əziz Səncərin dəstəyinə ümidvar olduğunu bildirib.
Məktubunun sonunda akademik İradə Hüseynova ən yaxın zamanlarda işğaldan azad edilmiş və sürətlə bərpa edilən Qarabağ torpaqlarında, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində elmi tədbirlər, konfranslar təşkil edilməsinin planlaşdırıldığını və görkəmli türk alimini həmin tədbirlərə dəvət etmək niyyətini ifadə edib.
Səmimi cavab məktubunda professor Əziz Səncər təbriklərdən və şəxsinə göstərilən diqqətdən məmnun olduğunu, fəxarət hissi keçirdiyini qeyd edib, Azərbaycanın onun üçün çox böyük önəm daşıdığını, Anadolunu Azərbaycandan, özünü isə azərbaycanlılardan ayırmadığını bildirib. O, Azərbaycan elminin gələcəyinə böyük inam bəslədiyini ifadə edib, birgə elmi tədqiqatların aparılmasında və kadr hazırlığında hərtərəfli əməkdaşlığa hazır olduğuna diqqət çəkib.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

