T hüceyrələrinin COVID-19 xəstəliyinə qarşı güclü qorunma təmin etdiyi aşkarlanıb
28.08.2020 11:13

Son tədqiqatlara görə, insan bədənindəki T hüceyrələri COVID-19 xəstəliyinə qarşı davamlı immunitet inkişaf etdirməkdə olduqca vacib rol oynayır.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, T hüceyrələrinin COVID-19 xəstəliyini yüngül keçirən və ya heç bir simptomu olmayan xəstələrdə gələcəkdə bu infeksiyaya yoluxma ehtimalına qarşı uzunmüddətli immunitet təmin etməsi sübut olunub. Bu şəxslərin qanında hər hansı neytrallaşdırıcı anticisim olmasa belə, T yaddaş hüceyrələri  SARS-CoV-2 infeksiyasına qarşı güclü qorunma təmin edir. Yenidən COVID-19-a yoluxan şəxs T hüceyrələri sayəsində xəstəliyi asanlıqla keçirə biləcək.

 

İsveçin Karolinska İnstitutunun immunoloqu Markus Buggert yüngül və ya asimptomatik daşıyıcı olan insanların test olunmaması və bu insanların daşıyıcı olduğunu bilmədən cəmiyyət arasında sərbəst gəzməsi nəticəsində xəstəliyin yayılması ehtimalının artması səbəbindən araşdırmaların ən təhlükəli hesab olunan bu qrupa yönəldilməsinin vacib olduğunu vurğulayıb.

 

Sınaqlar nəticəsində xəstəliyi yüngül keçirən və ya simptomları olmayan xəstələrdə virusa qarşı aktiv mübarizə aparan çox sayda anticisim istehsal olunması ilə yanaşı, xəstəliyə qarşı olduqca güclü T hüceyrələrinin əmələ gəlməsi də müşahidə edilib.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır