62 yaşlı kişi arı sancmasından ölüb  
10.09.2021 11:42

Bakıda arı sancması 62 yaşlı kişinin ölümünə səbəb olub.

 

Aztibb.az-ın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

 

Müşviqabad qəsəbəsində 1959-cu il təvəllüdlü Məmməd Bayramovu arı sancıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.