Son günlər müşahidə olunan kəpənək sürüsü sağlamlıq üçün təhlükə təşkil edirmi? - AÇIQLAMA
09.09.2021 18:20

Son günlər davam edən küləkli hava şəraiti səbəbindən Bakıda və Sumqayıtda qəhvəyi rəngli, iri kəpənək sürüsü peyda olub. Bunun insan sağlamlığı üçün hər hansı bir təhlükə təşkil edib-etməməsi ilə bağlı AMEA-nın Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Gülzar Mustafayeva Aztibb.az-a məlumat verib.

 

Mütəxəssis bildirib ki, bu həşəratlar pulcuqqanadlılar Lepidoptera kəpənəklər dəstəsindəndir. Onlara həm də “çayır odlucası” deyilir: “Çayır kəpənəyi odlucalardan olub polifaq zərərvericidir. Bir çox kənd təsərrüfatı bitkilərinə zərər yetirir. Erkəkləri 18-20 mm, dişiləri 25 mm-ə qədər olur. Qanadları qəhvəyimtildir. 1 ildə 2-5 dəfə nəsil verir. Bitkilərin yarpaqları, tumurcuqları və çiçəkləri ilə qidalanır”.

 

Qeyd olunub ki, hazırda yetkin fərdlərin çıxış dövrü olduğu üçün kütləvi çoxalma dövründə kənd təsərrüfatı bitkilərinə böyük ziyan vuran bu kəpənəklərlə kimyəvi mübarizə aparmağın vaxtıdır. “Bunun üçün müxtəlif insektisidlərdən istifadə olunur. Zərərvericilərin 5-6 ildən bir kütləvi çıxış dövrü olur. Çox güman ki, bu həşəratların bu il kütləvi çıxış dövrüdür”. Gülzar Mustafayeva əlavə edib ki, bu il, həmçinin Abşeronda bərabərqanadlılardan mənənələrin də kütləvi artım dövrü olub.

 

Onun sözlərinə görə, bu kəpənəklər bir-biriylə cütləşdikdən sonra yumurta qoyacaq. Həşərat polifaq olduğu üçün yumurtalarını müxtəlif kənd təsərrüfatı bitkilərinin üzərinə də qoyur. Yumurtadan çıxan tırtıllar bitkilərin yarpaqları və tumurcuqları ilə qidalanır. İndi, yetkin mərhələdə və təxminən 7-10 gündən sonra tırtıl (sürfə) mərhələsində kimyəvi mübarizə aparmaq vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib