Üzv ölkələrin COVID-19-a qarşı vaksinasiya təcrübəsi müzakirə edilib
09.09.2021 16:21
ÜST-nin Avropa üzrə regional ofisinin təşkilatçılığı ilə üzv ölkələrin COVID-19-a qarşı vaksinasiya təcrübəsi, bu sahədə mövcud çətinliklər və onların aradan qaldırılması istiqamətində görülən işlərin müzakirəsinə həsr olunan virtual görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, görüşdə ÜST-nin Avropa üzrə regional direktoru, Dr. Hans Kluge, Azərbaycan, Ukrayna, Monteneqro və Danimarka nümayəndələri, eləcə də ÜST ekspertləri çıxış ediblər.
 
TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva tədbir iştirakçılarını Azərbaycanda davam etməkdə olan COVID-19 vaksinasiyası prosesi barədə məlumatlandırıb.
 
Görüşdə yeniyetmələrin, uşaqların, hamilə və süd verən qadınların vaksinasiyası, buster doza, vaksinlərin qarışdırılması və uyğunlaşdırılması, həmçinin müxtəlif ştamlara qarşı effektivliyi barədə son yeniliklər müzakirə edilib.
 
ÜST sübuta əsaslanan addımların müəyyənləşdirilməsi üçün üzv ölkələri vaksinasiyaya dair bilik və təcrübə mübadiləsinə vasitəçi olmağa davam edəcək. Bundan əlavə, Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində ÜST-nin ölkə ofisi səhiyyə işçilərinin təlimi, zəruri tibbi ləvazimatların təmin edilməsi və maarifləndirmə kampaniyaları ilə Azərbaycanda COVID-19 vaksinasiyanı dəstəkləməkdədir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır