İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ADA Universiteti ilə əməkdaşlıq edəcək  
09.09.2021 14:59

Sentyabrın 9-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və ADA Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

 

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və universitetin İcraçı prorektoru Fariz İsmayılzadənin imzaladığı memorandumun əsas məqsədi agentliyin universitetlə əməkdaşlığının genişləndirilməsi çərçivəsində tələbələrə dəstək olmaq, o cümlədən karyera hazırlığı, kadrların peşəkar inkişafı, tələbəyönümlü və digər layihələrə dəstək sahəsində birgə fəaliyyətə töhfə verməkdir.

 

Qeyd edək ki, tərəflər arasında imzalanan memorandum çərçivəsində bir sıra layihə və təlimlərin təşkil olunması nəzərdə tutulur. Bura universitetin ixtisasartırma və digər təlim proqramlarında agentliyin əməkdaşlarının, eləcə də universitet tələbələrinin agentliyin sağlam həyatın təşviqi mövzusunda keçirdiyi layihələrdə, təcrübə proqramlarında iştirakı, həmçinin birgə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi daxildir. Bununla yanaşı, agentlik və universitet müvafiq ekspertləri cəlb etməklə birgə təcrübə mübadiləsi proqramlarının və konfransların təşkilini, habelə elmi məqalələrin hazırlanmasını həyata keçirəcək. Eyni zamanda, agentlik ADA universitetinin Karyera İdarəetmə Mərkəzi ilə əməkdaşlıq müddətində istedadlı və təşəbbüskar tələbələri müxtəlif təlim və layihələrə cəlb edərək onların bilik və bacarıqlarının artırılmasına dəstək olacaq.

 

Tədbirdə, həmçinin agentliyin İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinin rəhbəri Müşfiq Əmircanov, Beynəlxalq əlaqələr departamentinin məsləhətçisi Ülvi Salahov, ADA Universitetinin Fondunun Prezidenti Natiq Hacıyev və Universitetin Karyera İnkişaf Mərkəzinin mütəxəssisi Təranə Aslanova iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır