18 yeni ali tibb ixtisası üzrə imtahanların keçirilmə qaydası açıqlanıb
09.09.2021 14:21

Sertifikasiya Komissiyasında 18 yeni ali tibb ixtisas üzrə imtahanların keçirilməsi üçün hazırlıq gedir.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Sertifikasiya Komissiyası Azərbaycan Respublikası Nazirlər kabinetinin 08-06-2010-cu ildə 108-ci qərarı əsasında yaradılıb. 05 Yanvar 2011-ci il tarixindən Komissiyanın fəaliyyətinə start verilib. İmtahanlar 42 ali və 7 orta tibb ixtisası üzrə keçirilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edildikdə 18 yeni ali tibb ixtisası əlavə olunmuşdu və həmin dəyişikliklər 15 sentyabr 2019-cu il tarixindən qüvvəyə minir.

 

1. Ailə təbabəti

2. Nüvə təbabəti

3. Endodontiya

4. Parodontologiya

5. Restorativ stomatologiya

6. Ortopedik stomatologiya

7. Uşaq stomatologiyası

8. Ortodontiya

9. Uşaq və yeniyetmə psixiatriyası

10. Neonatologiya

11. Uşaq endokrinologiyası

12. Uşaq kardiologiyası

13. Uşaq nefrologiyası

14. Uşaq nevrologiyası

15. Uşaq qastroenterologiyası

16. Uşaq urologiyası

17. Uşaq yoluxucu xəstəliklər

18. Uşaq ürək-damar cərrahiyyəsi.

 

Sertifikasiya Komissiyasında yeni 18 ali tibb ixtisas üzrə imtahanlarının keçirilməsi üçün hazırlıq gedir.

 

Səhiyyə Nazirliyinin 02 iyul 2021-ci il tarixli protokoluna əsaslanaraq, ali təhsil pilləsində (baza ali) tibb təhsilini bitirən (yanı internatura və ya rezidenturası olmayan) şəxslərin üçün müvafiq olaraq müalicə işi (tibb), pediatriya (baza), tibbi profilaktika (ictimai səhiyyə) və stomatologiya (baza) ixtisaslar üzrə imtahanların keçirilməsi planlaşdırılır.

 

Sertifikasiya Komissiyasında daha bir yenilik var. Şüa diaqnostikası ixtisası üzrə keçirilən imtahanlarında dəyişiklik olacaq.

 

Şüa diaqnostikası üzrə həkimlərin fərqli cihazlarda çalışdıqlarını nəzərə alaraq, həmin həkimlərin imtahanları fərqli formatda keçiriləcək. İmtahanda verilən sualların əsas hissisə çalışdığı cihaz üzrə, dəyər suallar isə ümumi şüa diaqnostikası ixtisası üzrə olacaq.

 

Sertifikasiya Komissiyasında imtahana hazırlıq təlimləri və sınaq imtahanları keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır