1 həftə ərzində güclü qarın ağrısından əziyyət çəkən uşağın əməliyyatı uğurla başa çatıb - Fotolar
09.09.2021 17:48
7 yaşlı qız uşağı 1 həftə ərzində güclü qarın ağrılarından əziyyət çəkib. Ağrılar 39 dərəcə temperatur və qusma ilə müşayiət olunub.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Klinikadan məlumat verilib.
 
Bildirilib ki, ağrı başlayan gündən etibarən uşaq fərqli klinikalara müraciət edib və müxtəlif diaqnozlarla müalicə olunub. Valideynləri vəziyyətinin getdikcə daha da ağırlaşdığını görərək Mərkəzi Klinikaya müraciət ediblər:
 
"Uşaq cərrahı Günel Əmiraslanova tərəfindən aparılan müayinələr zamanı bəlli olub ki, uşağı bu vəziyyətə salan səbəb artıq gecikdirilmiş formada olan appendisitdir (CRP-230).
 
Pasiyent təcili cərrahi əməliyyata alınıb, 1 həftə ərzində qarın boşluğuna yığılmış bol miqdarda irin boşaldılıb, irinləmiş appendiks çıxarılıb. Körpənin əməliyyat anesteziyası klinikanın anestezioloqu Könül Namazova tərəfindən uğurla icra edilib. Uşaq tam sağlam şəkildə evlərinə sola salınıb".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır