Agentliyin Çağrı mərkəzinə 8 ay ərzində 134 259 müraciət daxil olub
09.09.2021 10:48

2021-ci ilin yanvar-avqust ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 134 259 müraciət daxil olub. Çağrı mərkəzinin koronavirus epidemiyası ilə bağlı xəttinə 36208, icbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttinə 35308, psixoloji dəstəklə bağlı xəttinə 2124, poliklinik xidmətlərlə bağlı dəstək xəttinə 6860, COVID-19 testinin nəticəsi və seroloji testlərlə bağlı xəttinə 33724, vaksinasiya ilə bağlı xəttinə isə 20035 müraciət daxil olub.

 

Koronavirus epidemiyası ilə bağlı xəttə daxil olan müraciətlərin əksəriyyəti koronavirus şübhəsi (14820), özünütəcrid müddəti (9471) və xarici ölkəyə getmək üçün tələb olunan tibbi arayışların verilməsi (1952) ilə bağlı olub. 

 

İcbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttə daxil olan müraciətlərin əksəriyyəti müayinə və müalicə (5172), əlillik məsələləri (5139), dərman və cihaz təchizatı (4468) barədə olub.

 

Psixoloji dəstək xəttinin fəaliyyət göstərdiyi əsas istiqamətlər üzrə müraciətlərin sayı aşağıdakı kimidir:

 

  • Müharibədən zərərçəkmişlər və hərbçilər üçün psixoloji dəstək – 264 müraciət
  • İctimaiyyət və tibbi heyət üçün psixoloji dəstək – 255 müraciət
  • Psixoloji pozğunluqlar (Psixopatologiya) – 71 müraciət
  • COVID-19 xəstələri üçün psixoloji dəstək- 30 müraciət

 

Poliklinik xidmətlərlə bağlı dəstək xəttinə daxil olan müraciətlərin əksəriyyəti tibbi müayinə və müalicə (3428) ilə bağlı olub.

 

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

 

Məlumat üçün bildirək ki, Agentlik tərəfindən 2020-ci ilin mart ayında istifadəyə verilən Çağrı mərkəzi altı yönəldici xətt üzrə xidmət göstərir. Belə ki, Çağrı mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, icbari tibbi sığorta və digər məsələlər ilə bağlı xətti (1542-1) iş günlərində saat 09:00-dan 18:00-dək, psixoloji dəstək xətti (1542-2), poliklinik xidmətlərlə bağlı dəstək xətti (1542-3), COVID-19 testinin nəticəsi və seroloji testlər ilə bağlı xətti (1542-4) və vaksinasiya xətti (1542-5) həftəiçi 08:00-dan 22:00-dək, həftəsonu 09:00-dan 21:00-dək fəaliyyət göstərirlər.

Qeyd edək ki, vaksinasiya xətti 2021-ci ilin əvvəlində istifadəyə verilib.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır