ÜST: Bəzi ölkələrdə yüksək peyvənd səviyyəsi olsa belə, yoluxma hallarında artım müşahidə olunur
08.09.2021 20:00

Dünya koronavirusa yoluxma halları ilə bağlı platoya nail olub, lakin müxtəlif bölgələrdə vəziyyət fərqlidir. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove sosial şəbəkə istifadəçiləri ilə onlayn yayımlanan sual-cavab sessiyası zamanı bildirib.

 

"Biz platoya nail olduq, lakin bu plato kifayət qədər yüksək səviyyədədir. Son vaxtlar hər gün 4,4 - 4,5 milyon yoluxma halı aşkar edilir və təxminən 67-68 min ölüm hadisəsi qeydə alınır. Lakin müxtəlif bölgələrdə vəziyyət fərqlidir”, - Mariya van Kerkhove vurğulayıb. Belə ki, onun sözlərinə görə, Amerikada aşkar olunan yoluxma hallarının və ölüm hallarının sayında artım, Avropada aşkar olunan yoluxma halların sayında azalma və ölüm hallarında artım, Afrikada isə rəqəmlərdə azalma müşahidə olunur.

 

"Vəziyyət narahatlıq doğurur", - deyə ekspert sözünü yekunlaşdırıb. "Xüsusilə də pandemiyanın artıq 20 ay davam etdiyini və pandemiya ilə mübarizə vasitələrinin olduğunu nəzərə alsaq".

 

ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan da narahatlığını bildirib. "Biz istəmədiyimiz bir vəziyyətə qayıdırıq", - deyə o qeyd edib. "Bəzi ölkələrdə, hətta yüksək peyvənd səviyyəsi olsa belə, yoluxma hallarında artım müşahidə olunur". Bu, ekspertin fikrincə, virusun hələ də böyük enerjiyə və potensiala malik olduğunu göstərir.

 

Bundan əlavə, Maykl Rayan bəzi ölkələrdə peyvəndlərin olduğu, lakin insanların peyvənd olunmaq istəmədiyi, digər ölkələrdə isə peyvənd olunmaq istəyən insanların çox olduğu, lakin vaksinlərin olmaması ilə bağlı dünyada yaranmış ədalətsiz vəziyyətə diqqət çəkib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır