Tibb işçilərinin sertifikasiya imtahanlarında dəyişiklik edilib  
08.09.2021 15:50

Tibb işçilərinin sertifikasiya imtahanlarında müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin ixtisasların təsnifatında etdiyi müvafiq dəyişikliklərə əsasən, rezidentura üzrə 18 yeni ixtisas əlavə olunub. Ona görə, bir sıra dəyişikliklərin edilməsi qaçınılmazdır. Yeni ixtisaslar üzrə imtahanlar təşkil edilməlidir.

 

Bu barədə Səhiyyə Nazirliyinin Sertifikasiya mərkəzinin rəhbəri Murad Mirzəzadə nazirliyin İnstaqram hesabında "Tibb işçilərinin sertifikasiya imtahanlarındakı yeniliklər" mövzusundakı çıxışı zamanı məlumat verib.

 

M.Mirzəzadə bildirib ki, tibb işçilərinin sertifikasiyası imtahanları üçün tapşırıqların tərtib edilməsi istiqamətində işlər həyata keçirilir: “Yekun qərarlarla bağlı tibb ictimaiyyətinə dəqiq məlumat veriləcək. Əsas dəyişiklik pediatriya və stomatologiya sahəsindədir”.

 

“Baza tibb təhsili üzrə ilk sertifikasiya imtahanlarının bu ilin oktyabrda keçirilməsi nəzərdə tutulub. İmtahan sualları hazırdır. Onu da qeyd edim ki, baza tibb təhsili üzrə sertifikasiya imtahanı üçün tərtib edilən suallar klinik mövzuludur”, - deyə Sertifikasiya mərkəzinin rəhbəri qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib