Tədris Cərrahiyyə Klinikasında qazilərin sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülüb
08.09.2021 16:26

Fizioterapiya və reabilitasiya son dövrlərdə tibbin ən dəbdə olan müalicə metodlarından biri hesab olunur. Burada həm həkimlər, fizioterapevt-reabilitoloqlar və fizioterapistlər öz gərgin əməklərini sərf edirlər. Fizioterapistlər sağlam insanlarda və xəstələrdə fiziki sağlamlığın həm bərpası, həm də saxlanılması üçün əllərindən gələni əsirgəmirlər.

 

Fizioterapiya və reabilitasiya təbabətin bütün sahələrində həm hər hansı bir prosedurun aparılması və müalicə taktikasının seçilməsindən öncə və sonra da tətbiq olunmaqdadır. Cəmiyyətin sağlam inkişaf etməsində, yeniyetmələrin sağlam böyüməsində çox böyük əhəmiyyət kəsb edir. Fizioterapiya və reabilitasiya pandemiya şəraitində insanların çox ağır keçirdiyi xəstəlikdən sonra ağciyərlərinin və digər orqanlarının bərpasında, reabilitasiyasında mühüm rol oynayır. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında fizioterapiya və reabilitasiya şöbəsində bir çox xəstəliklərin profilaktikasında fizioterapiya effektiv üsul kimi tətbiq olunur. Fizioterapevtik müalicə təhlükəsiz üsul olması ilə yanaşı, həm də çox məsuliyyətli bir müalicə üsuludur. Bunun üçün də bir çox xəstəliklərdən əziyyət çəkənlər fizioterapevtik müalicə üsuluna daha çox üstünlük verirlər. Şöbənin 10 ilə yaxın fəaliyyəti dövründə minlərlə pasiyent tibbi personalın xidmətindən yararlanıb və onların sağlamlığı bərpa olunub.

 

Bu fikirləri Azərbaycan Tibb Universitetinin Travmatologiya və ortopediya kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasında fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Nurlana Əliyeva bildirib.

 

N.Əlieyva, həmçinin deyib: “Son bir ildə şöbənin fizioterapevt-reabitoloq və fizioterapistlərin üzərinə daha məsuliyyətli vəzifə düşdü. Belə ki, ötən il 44 gün davam edən və möhtəşəm Zəfərlə bitən Vətən müharibəsində ağır yaralanan qazilərin sağlamlıqlarının fiziki cəhətdən bərpasında fizioterapevt-reabitoloq və fizioterapistlər əllərindən gələni əsirgəmədilər:

 

“Fizioterapiya və reabilitasiya şöbəsində 700-dən çox qazının fiziki cəhətdən sağlamlıqlarının bərpasında çox böyük işlər görüldü. Aparılan müalicə taktikalarından, cərrahi əməliyyatlarından sonra həmin qazilərin fiziki qüsurlarının tamamilə və ya əksər hissəsinin aradan qaldırılmasında, sağlamlıqlarının bərpa olunmasında fizioterapiyanın çox böyük rolu oldu. Şöbəmizdə müalicə alan 2-3 qazi oldu ki, onların bərpasında müəyyən çətinliklər yaşadıq, digərləri öz sağlamlıqlarına qayıtdılar, ayaqda dura bildilər. Bunların hər biri fizioterapiya və reabilitasiyanın ölkəmizdə inkişafının nəticəsidir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır