Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı “Qlobal enerji” mükafatına layiq görülüb
08.09.2021 15:02

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, b.e.d. Süleyman Allahverdiyev “Qlobal enerji” mükafatına layiq görülüb.

 

Aztibb.az xəbər verir ki, Süleyman Allahverdiyev alternativ enerji sahəsinin inkişafına verdiyi töhfələrə, süni fotosintez sistemlərinin layihələşdirilməsində əldə etdiyi nailiyyətlərə, eləcə də bio və hidrogen enerjisi üzrə apardığı elmi tədqiqatlarına görə “Qeyri-ənənəvi energetika” nominasiyası üzrə bu mükafata layiq görülüb.

 

Qeyd edək ki, bu il dünyanın 36 ölkəsindən 94 alimin namizəd olduğu “Qlobal enerji” mükafatının qalibi 3 alim olub. Mükafata layiq görülən digər iki alim - Rusiya EA-nın Sibir Bölməsi Kömür və Kömür Kimyası üzrə Federal Araşdırma Mərkəzinin Kömür Kimyası və Kimya Materialşünaslığı İnstitutunun direktoru Zinfer İsmaqilov və Stanford Materialşünaslıq və Energetika İnstitutunun baş elmi işçisi İ.Suy olub.

 

Zinfer İsmaqilov karbon materiallarının kimyası və iqlim dəyişkənliyi ilə mübarizə sahəsində, amerikalı alim İ.Suy isə energetika üçün nanomaterialların hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərinə görə bu mükafata layiq görülüblər.

 

Mükafat fondu 39 milyon rubl olan "Qlobal enerji"nin təqdimetmə mərasimi oktyabr ayında - Rusiya Energetika Həftəsində keçiriləcək.

 

Qeyd edək ki, mükafat energetika sahəsində aparılan tədqiqatları dəstəkləmək məqsədilə 2002-ci ildə Rusiya alimlərinin təklifinə əsasən təsis olunmuş beynəlxalq “Qlobal Enerji” Assosiasiyası tərəfindən verilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır