Milli Məclisdə onkoloji xəstələrə tibbi yardımın vəziyyəti müzakirə ediləcək
08.09.2021 13:30

Milli Məclisin Səhiyyə komitəsi onkoloji xəstələrlə bağlı dinləmələr keçirəcək.

 

Aztibb.az-ın məlumatına görə, dinləmələrdə onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair müzakirələr aparılacaq.

 

Qeyd edək ki, 2021-ci il sentyabr 13-də Səhiyyə komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçiriləcək.

 

Onlayn qaydada keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

 

1.Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat;

 

2.Milli Məclisin Səhiyyə komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının layihəsi;

 

3.“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş);

 

4.Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib