Qısa və asan yolla arıqlamaq istəyən qadınlar "patı" kimi qeyri-sağlam üsula əl atırlar - Araz Manuçehri-Lalei  
08.09.2021 12:39

Psixotrop maddələr, narkotik vasitələr insanın “zövq almasının”, əziyyət çəkmədən öz xəyallarını, fantaziyalarını yaşamasının ən yüngül yoludur. Çox təəssüf ki, əksər hallarda insanların həmin maddə və vasitələrdən imtinası qeyri-mümkündür. İldə 2-3 növ yeni narkotik vasitə sintez olunur. Həmin vasitələrə qarşı mübarizə aparmağın ən səmərəli yolu antidotun kəşf edilməsidir. Bu da uzun müddət çəkə və o vaxta qədər yeni narkotik sintez oluna bilər.

 

Bu barədə Azərbaycan Tibb Universitetinin Psixiatriya və narkologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Araz Manuçehri-Lalei məlumat verib.

 

Mütəxəssis bildirib ki, ölkəmizə yeni gələn, gənclər arasında istifadəsi genişlənən və “patı” adlandırılan metamfetamin və amfetaminin çoxdan mövcud olan və psixostimulyatorlar qrupuna daxil olan narkotiklərdir: “Amfetamin ilk dəfə Almaniyada, metamfetamin isə Yaponiyada istehsal edilib və Birinci və İkinci Dünya müharibələrində, o cümlədən 1960-cı illərdə bəzi ölkələrdə hərbçilər, kəşfiyyatçılar, snayperlər tərəfindən istifadə olunub. Onların yan təsirləri aşkarlanandan sonra istifadəsi qadağan edilib. Amfetamin əsas maddədir, metamfetamin ondan hazırlanır. Hər ikisinin təsiri eynidir. “Patı” deyilən həmin narkotik vasitələr çox ağır və çox ciddi narkotiklərdir. Onlar qısa müddət ərzində insana qəhrəmanlıq hissi verir. Həmin narkotikləri qəbul edəndən sonra ilk başlarda təfəkkür, yaddaş, diqqət, intellekt sürətlənir, güclənir, qavrama qabiliyyəti qat-qat artır. Çox maraqlıdır ki, həmin narkotik vasitələr bəzi insanların hansısa sahə üzrə mövcud qabiliyyətlərini daha da artırır. Əksər insanlar isə onları qəbul etdikdən sonra xoşagəlməz, yersiz hərəkətlərə yol verir, lazımsız sözlər deyirlər. Bir müddətdən sonra isə insanda fiziki və psixoloji tükənmə yaranır və həmin maddələrdən istifadə asılılıq halına gəlir. “Patı”dan istifadə edənlər arasında zərif cinsin nümayəndələrinin sayı da kifayət qədərdir. Belə ki, qısa və asan yolla arıqlamaq istəyən qadınlar və qızlar belə qeyri-sağlam üsula əl atırlar.

 

Müşahidələrimə görə, bəzi cavanlar, gənclər iş yerlərində özlərini daha yaxşı göstərməyin, verilən tapşırıqları qısa müddətdə, yorulmadan və yüksək səviyyədə yerinə yetirməyin ən yüngül və ucuz yolunu metamfetamin istifadəsində görürlər. Bir müddət istədiklərinə nail olurlar. Lakin getdikcə həmin vasitədən asılılıq yaranır və ondan ayrıla bilmirlər. Üzümü gənclərə, cavanlara tutub demək istəyirəm ki, “ağ ölüm” adlandırılan narkotik vasitələrdən uzaq dursunlar. “Bir dəfə ilə heç nə olmaz” deyib keçməsinlər. Çünki hər şey bir dəfədən başlayır. İlk anlar aldadıcı həzz, eyforiya getdikcə dozaların artırılmasına səbəb olur ki, bu da bir çox hallarda ölümlə nəticələnir. Narkotik vasitələrin istifadəsinə başlamaq ölümə doğru iri addım atmaq deməkdir”.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib