Səhiyyə Nazirliyi mütəxəssis-ekspertlərin sayını artıracaq
08.09.2021 11:24

Beynəlxalq təcrübəyə əsaslanaraq tibbi innovasiyaların tətbiqi, tibb elminin nailiyyətlərinin təhlili, xəstəliklərin diaqnostikası və müalicə metodlarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcək.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, indiyədək mövcud olan Baş mütəxəssis institutunun mütəxəssis-ekspertlərlə əvəz olunmasında əsas məqsəd müraciət hallarının daha operativ şəkildə araşdırılması, şəffaflığın, səmərəliliyin yüksəldilməsi və bu sahədə beynəlxalq standartların tətbiqindən ibarətdir.

 

Mütəxəssis-ekspertlərin vəzifələrinə tibbin müvafiq sahələrinin təkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarını hazırlamaq; tibbi innovasiyaların öyrənilməsində və onların praktikada tətbiqində iştirak etmək; kodlaşdırma proseduru və müvafiq sahə üzrə ölüm səbəbinin seçilməsi üçün metodik təlimatları hazırlamaq; səhiyyə müəssisələrinə təşkilati-metodik və konsultativ yardım göstərmək və digər məsələlər aiddir.

 

Qeyd edək ki, mütəxəssis-ekspertlər könüllü olaraq yazılı razılıq əsasında səhiyyə naziri tərəfindən 3 il müddətinə təyin ediləcək.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib