Hindistanda Nipah virusunun geniş yayılması qeydə alınıb
07.09.2021 09:31

Hindistanın Kerala ştatında ölümcül təhlükəli Nipah virusunun yayılması qeydə alınıb.

 

Aztibb.az-az məlumatına görə, bu barədə ştatın Səhiyyə naziri Vina Corc bildirib.

 

Onun sözlərinə görə, 11 nəfərdə yeni virusun simptomları aşkar edilib, xəstəxanaya yerləşdirilənlərin vəziyyəti stabildir.