AQTİ laboratoriyası daha bir səriştəlilik sınağında iştirak edib (FOTO)
06.09.2021 11:30

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının modernləşdirilməsi, eləcə də kadr potensialının gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir, bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

 

AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti dəfə “The Animal Production and Health Laboratory of the Joint FAO/IAEA” tərəfindən təşkil edilən səriştəlilik test proqramında uğurla iştirak edib. Laboratoriya dünyanın əksər nüfuzlu ölkələrinin də təmsil olunduğu “Diagnosis of Peste des Petits Ruminants by serological methods” laboratoriyalararası səriştəlilik sınağında “Xırdabuynuzlu heyvanların taun xəstəliyinin ELİSA müayinə metodu ilə təyini” üzrə yüksək nəticə əldə edib.

 

Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti, Pirbrayt İnstitutu (The Pirbright Institute), FAO tərəfindən təşkil edilən səriştəlilik test proqramlarında uğurla iştirak edib. Hazırda laboratoriyada istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik və parazitoloji müayinələri həyata keçirməyə imkan verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır