Rusiyada məktəbdə 40 nəfər zəhərlənib
04.09.2021 15:56

Rusiyanın Nijni Novqorod şəhərində məktəblərin birində 40 nəfər zəhərlənib.

 

Aztibb.az-ın məlumatına görə, zəhərlənənlərin vəziyyətinin ağır olmadığı deyilir.

 

Onların evdə müalicə olunduqları bildirilib.

 

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Qeyd edək ki, Rusiyada məktəblər sentyabrın 1-dən açılıb.