Gəncədə növbəti dəfə genişmiqyaslı dezinfeksiya işləri aparılıb (FOTO)
04.09.2021 15:54

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə yeni növ koronavirus infeksiyasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Şəhərdə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiya işləri aparılır. Bu gün də səhər saatlarından başlayaraq genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, Gəncə şəhər Mənzil Kommunal Təsərüffatı İstehsalat Birliyinin xüsusi təlim keçmiş əməkdaşları texniki vasitələrlə mərkəzi küçə və prospektlərlə yanaşı, şəhərin qəsəbə və yaşayış massivlərindəki küçələrində xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparıblar. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq şəhər sakinləri əvvəlcədən sosial şəbəkələr və kütləvi informasiya vasitələri ilə xəbərdarlıq ediliblər.

 

Eyni zamanda, MKTİB-nin əməkdaşları təsdiq olunmuş qrafikə uyğun olaraq yaşayış binalarında, lift kabinalarında, binaların giriş qəfəslərində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, dayanacaqlarda, o cümlədən park xiyabanlarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

 

Bununla yanaşı, şəhərin müxətlif ərazilərində MKTİB-nin təmizlik şöbəsinin və Mənzil İstismar Sahələrinin əməkdaşları tərəfindən iməcilik işləri təşkil olunub.

 

Qeyd edək ki, şəhər sakinlərinin sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə görülən işlər davamlı olaraq həyata keçirləcək.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib