Rəşad Mahmudov səhiyyə işçilərinə çağırış edib: “Bəlkə bilmədiyimiz və ya gözdən qaçan bir məqam var?”
03.09.2021 11:05

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov həkimlərə və səhiyyə işçilərinə çağırış edib.

 

Aztibb.az-ın məlumatına görə, deputat fikirləri ilə razılaşmayan şəxslərlə açıq müzakirələrə hazır olduğunu bildirib.

 

“Bir ilə yaxındır ki, evdə müalicə, nə vaxt xəstəxanaya getməliyik və s. mövzularda fikirlərimlə razılaşmadığınız məqam və ya buna qarşı əks fikir yürüdəcək həkim və ya tibbi ekspert varsa, məmnuniyyətlə açıq müzakirələrə girməyə hazıram. Təki cəmiyyətimizin bu gün bilmədən etdiyi yanlışlıqları az da olsa, düzəldə bilək. Səhiyyəmiz çox çətin bir sınaqdan keçir. Xüsusən evlərdə ilk günlərdən deksametazon, metipred, prednol-L, antibiotiklər, sistemlər yazan infeksionist, terapevt və pulmunoloqlara səslənirəm. Bəlkə bilmədiyimiz və ya gözdən qaçan bir məqam var? Siz izah edin, xahiş edirəm. İxtisasım ürək və damar cərrahı olsa da, ölkədəki ən böyük və ən səmərəli iş ortaya qoymuş reanimasiyaların qurucusu kimi, 2005-ci ildə dövlət xəstəxanasında rəsmi "İnfeksiya Nəzarət Komitəsini" quran biri kimi, kovidlə mübarizədə 1,5 ildir ən sadədən EKMO-ya qədər bütün müalicələri uğurla tətbiq edən Mərkəzi Gömrük Hospitalının əməkdaşı kimi, bir tibb alimi və bir millət vəkili kimi sizə müraciət edirəm: Belə bir vəziyyətdə həkim olaraq, heç birimizin susqun oturmağa haqqımız yoxdur. Bu qədər yüklənmə qarşısında dövlət qurumlarından bu məsələdə nə isə etməsini gözləmək yanlışdır. İnsanları vaxtında səhv yoldan döndərməsək, ölümlər daha da artacaq. Buna adım kimi əminəm. İnsanları evlərdə ilk gündən sistem və güclü dərman istifadəsinə inandıran siz, biz, bəlkə də hamımız olmuşuq. Bu səhvi düzəltmək də hamımızın işidir.

 

Halbuki, doğru tibbi taktika qurmaqla, ən azından insanlara belə vəziyyətlərdə nə etməmələri mövzusunda izah verməklə (sosial şəbəkələrdən) tərəddüd və qorxuları azalda bilərik. Nəticədə dövlətimizin COVİD-19 mübarizəsində ortaya qoyduğu səylərə və əməyə həm də əməldə dəstək olmuş olarıq.

 

Əlbəttə ki, bu dalğa da digərləri kimi 2-3 həftəyə sönməyə başlayacaq və sönəcək. Amma ən çətin günlərdə bir səhiyyəçi olaraq bütün çətinliklərə baxmayaraq, hadisəyə münasibətimiz hər zaman xatırlanacaq”, - deyə R. Mahmudov vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib