ÜST koronavirusun yeni variantını “Mu” adlandırıb
02.09.2021 09:59

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun daha bir variantını “maraq doğuran variant“ siyahısına əlavə edib.

 

Aztibb.az xəbər verir ki, bu, virusun “mu” adı ilə tanınan B.1.621 ştamıdır. İlk dəfə bu ilin yanvar ayında Kolumbiyada aşkarlanan həmin variantın peyvənd maddələrinə qarşı mümkün resistentliyə malik mutasiyaları müəyyən edilib. Beynəlxalq qurumun məlumatına görə, bu variant immunevaziv xüsusiyyət riskini biruzə verən mutasiyalar konstellasiyasına malikdir.

 

Bildirilib ki, Kolumbiyada koronavirusa yoluxma hallarının 39 faizi “mu“ variantının hesabına baş verir, qlobal yoluxmalarda həmin variantın payı isə 0,1 faizə bərabərdir. İndiyədək Kolumbiya ilə yanaşı bu varianta digər Cənubi Amerika ölkələri və eləcə də Avropada rast gəlinib.

 

Qeyd edilməlidir ki, koronavirus variantları ÜST tərəfindən iki kateqoriya üzrə təsniflənir. Müşahidə altına alınan variantlara “maraq doğuran variant“ (“variant of interest“) adı verilir.

 

Daha geniş miqyasda yoluxmalara səbəb olan variantlara isə “narahatlıq doğuran variant“ (“variant of concern“) adı verilir, onlara qarşı mübarizə aparmaq çətin olur və yoluxma nəticəsində xəstəliyin ağır formada və fəsadlarla keçməsi müşahidə edilir. Hazırda ÜST koronavirusun dörd variantını “narahatlıq doğuran variant“ (“alfa”, “beta”, “qama” və “delta”) hesab edir, onlardan 193 ölkədə yayılan “alfa” və 170 ölkədə yayılan “delta” variantları daha geniş yayılma arealına malikdirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır