Bu il Klinik Tibbi Mərkəzə təxminən 85 nəfər ilan sancması ilə müraciət edib
01.09.2021 14:55

Avqust ayında Klinik Tibbi Mərkəzə 24 nəfər ilan sancması ilə müraciət edib.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov məlumat verib.

 

Bildirilib ki, apreldən başlayaraq bu il klinikaya ümumilikdə 80-85 nəfərin ilan sancması ilə müraciəti daxil olub. İlan sancmaları əsasən Bakının daş karxanası olan ərazilərində qeydə alınıb.

 

Məlumata əsasən, bu il 6 nəfər əqrəb, 2 nəfər isə qara qurd sancması ilə müraciət edib.
İlan, əqrəb və qara qurd sancması ilə müraciət edənlər arasında ölüm faktı qeydə alınmayıb.
Qeyd edək ki, Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə, əsasən, aprelin əvvəlindən noyabra qədər rast gəlinir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib