Təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planı hazırlanacaq
01.09.2021 12:53

Azərbaycanda təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planının hazırlanması nəzərdə tutulur.


Aztibb.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

 

O, bildirib ki, ölkəmizdə bitki sağlamlığının daha da gücləndirilməsi üçün regionlarda bitki sağlamlığı sahəsində, xüsusilə virusoloji müayinələrin aparılması üçün müasir tələblərə cavab verən, maddi-texniki təchizatı güclü olan yeni laboratoriyaların yaradılması qarşıda duran əsas vəzifələrdəndir:


"Eyni zamanda xüsusi təhlükəli bitki xəstəliklərinin daşıyıcısı olan bitkilərin əkin-səpin materiallarının əl yükləri və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilməsini qadağan edən tələblər müəyyənləşdirilib.

 

Bütün bu tədbirlərin həyata keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla birgə təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planı hazırlanaraq icrasının təmin edilməsi nəzərdə tutulur. Eləcə də xəstəlik daşıyıcısı olan bitkilərin, əkin-səpin materiallarının virus, bakteriya və göbələklərə görə laborator müayinədən keçmədən əkilməsinin qadağan edilməsi, zərərli orqanizmlərlə sirayətlənmiş bitki və bitkiçilik məhsullarının zərərsizləşdirilməsi mexanizminin müəyyən edilməsi, zərərli orqanizmlərlə mübarizə üsullarından olan növbəli əkin sisteminin təşviq edilməsi, istifadə edilmiş kənd təsərrüfatı texnikalarının dezinfeksiya edilməsi tələbləri ilə bağlı işlər aparılacaqdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib