Nadir tip bel yırtığı əməliyyatı uğurla icra edilib - FOTOLAR
01.09.2021 09:01
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neyrocərrahlıq kafedrasının əməkdaşı Cəmil İskəndərov spesifik bel yırtığı əməliyyatını uğurla icra edib.
 
Aztibb.az xəbər verir ki, həkimin bildirdiyinə görə, bu gün onurğa xəstəlikləri arasında ən çox yayılanlardan biri də bel yırtıqlarıdır. Amma onların içərisində elə tip yırtıqlar var ki, nadir hallarda rast gəlinir: “Buna tibdə “uzaq lateral yırtıq” deyirlər. Bu tip bel yırtıqlarının xüsusiyyəti ondan ibarətdir ki, yerləşməsi onurğa kanalında deyil, kanalın xaricində olur. Adi bel yırtıqları ilə müqayisədə daha kəskin ağrılarla müşayiət olunur. Və üstəlik də, problemin aradan qaldırılması texniki olaraq xüsusi yanaşma tələb edir. Yəni “uzaq lateral yırtıq”ların çıxarılması üçün onurğa kanalını açmağa ehtiyac qalmır. Bu əməliyyat zamanı yandan onurğa kanalına yanaşmaqla və onurğa strukturlarına qətiyyən toxunmadan yalnız yırtığın kənar edilməsi mümkündür. Bu xəstə üzərində də belə bir əməliyyatı icra etdik. Yan yanaşma ilə yırtığı aradan qaldırdıq. Düşünürəm ki, qısa müddətdən sonra xəstənin ağrıları keçib gedəcək və o aktiv həyata qayıdaraq öz normal iş qabiliyyətini bərpa edəcək”.
 
C.İskəndərov qeyd edib ki, onurğanın degenerativ xəstəlikləri qrupuna aid olan yırtıqlar əsasən bel və boyun nahiyələrində yaranır: “Uzaq lateral yırtıqlar onlardan biri olsa da, çox az rast gəlinir. Ümumiyyətlə, onurğanın degenerativ xəstəliklərinə adətən yaşlı insanlarda təsadüf olunur. Amma son dövrlər degenerativ xəstəliklərin gəncləşməsi ilə əlaqədar olaraq, disk yırtığı şikayəti ilə gənc insanlar da müraciət edir”.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır