Azərbaycanda COVID-19-a yoluxan və vəfat edən jurnalistlərin sayı açıqlanıb  
31.08.2021 15:00

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 jurnalist COVID-19-a yoluxub, 12 həmkarımız isə həyatını itirib.


JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğanın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir. Dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə həyatlarını itiriblər.

 

KİV işçilərinin daima ictimaiyyət arasında fəaliyyət göstərdiyini, bununla da yoluxma riskinin yüksək olduğunu nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışanların növbədənkənar vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. Müraciətə müsbət cavab verilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir. Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1100 (bir min yüz) nəfərədək KİV işçisi vaksinasiya olunub.

 

Proqram çərçivəsində vaksinasiyadan keçmiş KİV işçilərinin durumu da müşahidə edilir. İndiyədək 1-ci doza vaksin almış və sonradan yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Onlar xəstəlik dövrünü bitirərək fəaliyyətlərini bərpa ediblər. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb.

 

Müşfiq Ələsgərli bildirib ki, siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə məlumatı ictimailəşdirənləri əhatə edir. Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib