ÜST yeni tədris ilində məktəblərdə əyani tədrisə çağırış edib
30.08.2021 14:30

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosu yeni tədris ilində məktəblərin açıq qalması üçün zəruri tədbirləri görməyə çağırıb.

 

Aztibb.az-ın məlumatına görə, bunu büronun direktoru Hans Klüge deyib.

 

O, bildirib ki, yaxın həftələrdə Avropa ölkələrində milyonlarla uşaq məktəblərə qayıdacağı üçün təhlükəsizliyin təmin olunması ilə bağlı ÜST-ün Avropa regional bürosu, eləcə də UNICEF lazımi tədbirlər görməlidir.

 

H.Klüge zəruri tədbirlər sırasında müəllimlərin və digər işçilərin, eləcə də 12 yaşdan yuxarı şagirdlərin vaksinasiyasını qeyd edib.

 

ÜST rəsmisi əlavə edib ki, məktəblərin bağlı qalması şagirdlərin davamiyyətini azaldır, uşaqların təhsili atacağı ehtimalını yüksəldir, həm də onların psixi sağlamlığına ciddi təsir göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır