Fransa məktəblərində maska taxmaq məcburi olacaq
27.08.2020 15:47

Maska taxmaq istisnasız olaraq məcburidir. Bu, sentyabrın 1-dən başlanacaq yeni tədris ilində sanitar protokolun əsas prinsipidir.

 

Aztibb.az xəbər verir ki, bu fikri Fransanın Təhsil naziri Jan-Mişel Blanke dərs ilinin başlaması ilə əlaqədar ənənəvi mətbuat konfransında deyib. O, bildirib ki, maska taxmağın məcburi olması ibtidai sinif müəllimlərinə də aiddir. Nazirlik maska taxılmasına dair əvvəlcə müəyyən istisnalar nəzərdə tutsa da, hazırkı vəziyyətlə bağlı olaraq onlar ləğv edilib.

 

Təhsil naziri qeyd edib ki, məktəblərdə ödənişsiz maska paylanmayacaq. Ancaq hər bir məktəblinin dərsdə iştirakını təmin etmək məqsədilə məktəblərdə maska ehtiyatı nəzərdə tutulur ki, bu da aztəminatlı ailələrin uşaqlarına veriləcək. Nazirlik fiziki qüsurlu uşaqlarla işləyən müəllimlərə şəffaf maskalar verəcək.

 

Sanitar protokolun ilin sonunadək dəyişməyəcəyi, yoluxma halı aşkarlandıqda həmin siniflərin və ya məktəbin bağlanacağı vurğulanıb.

 

Qeyd edək ki, Fransada sentyabrın 1-də 12 milyon şagird məktəbə gedəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır