“Girov düşmüş sağlam azərbaycanlı yeniyetmələrdən ermənilər böyük ehtimalla donor kimi istifadə ediblər” - İsmayıl Axundov
30.08.2021 11:45

“Birinci Qarabağ müharibəsində digər diqqətçəkən faktlardan biri də ermənilərin yeniyetmə və gəncləri ailələrindən ayıraraq naməlum yerə aparmasıdır”.

 

Aztibb.az-ın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

 

O, bildirib ki, girov götürüldükdən sonra əvvəlcə Xankəndi şəhərinə, daha sonra naməlum istiqamətə aparılan 9 nəfərin taleyi məlum deyil: “29 il keçməsinə baxmayaraq, Ermənistan tərəfi itkin və girovlarla bağlı heç bir məlumat vermir. Sağlam yeniyetmələrdən ermənilər böyük ehtimalla donor kimi, yaxud orqanlarını çıxarıb satmaq üçün istifadə ediblər. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əsir və girov götürülmüş 54 nəfərə baş çəkilib. Sonradan onların 17-si saxlandığı yerdə öldürülüb, cəsədləri təhvil verilib, qalanlarının taleyi bu günə qədər də naməlumdur. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə çərçivə sazişi üzərində iş davam edir. Sonuncu itkinin taleyi aydınlaşana qədər bu sahədə iş davam edəcək”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib