Dünyada koronavirus infeksiyasından ölənlərin sayı 830 min nəfəri ötüb  
27.08.2020 15:25

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 24 milyon nəfəri, ölənlərin sayı isə 830 min nəfəri ötüb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, avqustun 26-da dünyada 273 min 280 nəfər koronavirus infeksiyasına yoluxub, 6 min 346 nəfər isə dünyasını dəyişib.

 

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 24 milyon 363 min 242 yoluxma və 830 min 352 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 16 milyon 895 min 616 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 637 min 274 xəstədən 61 min 562 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə dünya lideridir – 183 min 677 nəfər. İlk beşliyə daxil olan Braziliyada 117 min 756, Meksikada 62 min 76, Hindistanda 60 min 652, Birləşmiş Krallıqda isə 41 min 465 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır