"Taliban" səhiyyə sahəsində çalışan qadınları işlərinə qayıtmağa çağırıb
28.08.2021 10:33

“Taliban” hərəkatı Əfqanıstanda səhiyyə sahəsində çalışan qadınları öz işlərinə qayıtmaları üçün çağırış edib və bildirib ki, onların vəzifələrini icra etmələrinə müdaxilə olunmayacaq.

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Zabiullah Mücahid bildirib.

 

“İslam Əmirliyinin (“Taliban” öz siyasi sistemini belə adlandırır) İctimai Səhiyyə Nazirliyi qadın işçilərə bildirir ki, onlar mərkəzlərdə və əyalətlərdə müntəzəm olaraq öz vəzifələrinə qayıtmağa hazır olmalıdırlar. İslam Əmirliyi tərəfindən onların işinə heç bir maneə olmayacaq”, - deyə hərəkatın sözçüsü Zabiullah Mücahid qeyd edib.

 

Bundan əvvəl “taliban”çılar bildiriblər ki, Əfqanıstanda dövlət qulluqçusu olan qadınlar gələcəkdə müvafiq qaydalar hazırlandıqdan sonra öz vəzifələrinin icrasına başlaya biləcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib