Fiziki məhdudiyyətli şəxslərin işlə təminatı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir
27.08.2021 17:49

Avqustun 27-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin "Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində "Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət qayğısı: Problemlər və onların həlli yolları" mövzusunda seminar keçirilib.

 

YAP-ın mətbuat xidmətindən bildirilib ki, tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov layihənin gənclər üçün əhəmiyyətindən, həmçinin mövzunun aktuallığından bəhs edib.

 

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində keçirilən seminarların əhəmiyyətindən danışaraq belə layihələrin gənclərin inkişafında böyük rola malik olduğunu vurğulayıb.

 

M.Quliyev mövzu barədə geniş çıxışında sosial siyasətin dövlətin daxili siyasətindəki yerindən bəhs edib. Bildirilib ki, sosial siyasət bütün ölkələrin daxili siyasətində prioritet sahələrdəndir. Komitə sədri qeyd edib ki, sosial siyasət əhalinin mühüm ehtiyaclarının ödənilməsinə xidmət edir və onun bir çox istiqamətləri var. Bu mənada sosial siyasətin əsas istiqaməti əhalinin məşğulluğunun təmin edilməsidir.

 

Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birinin də məcburi köçkünlərə diqqət və qayğının göstərilməsi olduğunu diqqətə çatdıran M.Quliyev dünyada az sayda ölkənin daxili köçkün problemi ilə qarşılaşdığını qeyd edib. Dövlət müstəqilliyinin ilk illərindən bu problemlə qarşılaşmasına baxmayaraq ölkəmiz ötən müddətdə məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər icra olunub.

 

Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri barədə məlumat verən komitə sədri deyib ki, ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərdən biri belə şəxslərin məşğulluğunun təmin edilməsidir. Əvvəllər ölkəmizdə 1-ci və 2-ci qrup əlilliyi olan şəxslərin işlə təminatı həyata keçirilməsə də, hazırda onların da sağlamlıq imkanlarına uyğun işlə təmin edildiyi vurğulayan M.Quliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin məşğulluğunun təmin edilməsi istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə diqqət və qayğısını xüsusi vurğulayan M.Quliyev Heydər Əliyev Fondunun da bu prosesdə fəal iştirak etdiyini də gənclərin diqqətinə çatdırıb. Komitə sədri bildirib ki, 2014-cü ilə qədər ev növbəsinə duran şəhid ailələri mənzillə təmin edilib. 2014-2020-ci illər arasında ev növbəsinə yazılanların isə evlə tam təmin olunması prosesinin bu ilin sonuna qədər başa çatması nəzərdə tutulur. İkinci Qarabağ müharibəsi şəhidlərinin mənzillə təmin olması prosesi 2025-ci ilə qədər yekunlaşacaq.

 

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır